EvXəbərlər30 min insana evdən çıxmamaq tapşırıldı

30 min insana evdən çıxmamaq tapşırıldı

Published on

spot_img

Fransanın Mozel departamentinin Qandranj şəhərində yerləşən zavod anbarında baş verən yanğın zəhərli maddələrin havaya yayılmasına səbəb olub.
BEY.AZ yerli KİV-ə istinadla xəbər verir ki, hadisədən sonra ətrafdakı 5 yaşayış məntəqəsində yaşayan təxminən 30 min nəfərə evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Yanğının söndürülməsinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub. Hadisə nəticəsində 3 nəfər yüngül xəsarət alıb.
Yanğın söndürüldükdən sonra sakinlərə evlərini tərk etməyə icazə verilib. Hazırda ərazidə təhlükəli maddələrin zərərsizləşdirilməsi və havanın keyfiyyətinin qiymətləndirilməsi işləri davam etdirilir.

Müəllif: Roza

Latest articles

More like this