EvXəbərlər3I/ATLAS-la bağlı ŞOK İDDİA - Planetlərə canlı orqanizmləri səpələyir

3I/ATLAS-la bağlı ŞOK İDDİA – Planetlərə canlı orqanizmləri səpələyir

Published on

spot_img

Harvard Universitetinin astrofiziki Avi Leb 2025-ci ilin ortalarında Günəş sisteminə daxil olan “3I/ATLAS” adlı ulduzlararası obyektin məqsədi ilə bağlı maraqlı fərziyyə irəli sürüb.
BEY.AZ “Futurism” nəşrinə istinadla xəbər verir ki, alim bu obyektin süni mənşəli, yəni nəhəng bir yadplanetli gəmisi ola biləcəyini istisna etmir.
Əksər mütəxəssislər “3I/ATLAS”ı ulduzlararası komet hesab etsələr də, Leb fərqli düşünür. Onun fikrincə, obyekt keçdiyi planetlərə digər ulduz sistemlərindən gətirdiyi canlı orqanizmləri “səpələmiş” ola bilər. Alim qeyd edib ki, bu, obyekt təbii mənşəli olsa belə, baş verə bilərdi.
Leb “yönləndirilmiş panspermiya” ehtimalını da nəzərdən keçirir. Bu nəzəriyyəyə görə, “3I/ATLAS” həyatın yayılması missiyası çərçivəsində naməlum bir “ulduzlararası bağban” tərəfindən idarə olunur. Alim bu ehtimalı obyektin trayektoriyasının Günəş sistemindəki yaşayış üçün yararlı planetlərin orbit müstəviyəti ilə üst-üstə düşməsi və Günəşə doğru böyük hissəciklərdən ibarət axın püskürtməsi ilə əsaslandırır.

Qeyd edək ki, Avi Leb nüfuzlu bir elm adamı kimi tanınır. O, “Galileo” layihəsinin rəhbəri, Harvard Universitetində Qara dəliklərin tədqiqi təşəbbüsünün təsisçi direktoru və Harvard-Smitson Astrofizika Mərkəzində Nəzəriyyə və Hesablamalar İnstitutunun direktorudur. Leb keçmişdə Harvard Universitetinin Astronomiya kafedrasına da rəhbərlik edib.

Hüseyn İbadlı

Latest articles

More like this