Mitchell Robinson “Celtics”də olmaqdan məmnundur.
Məşhur basketbolçu Mitçell Robinson NBA klublarından “Celtics”ə transfer olunub.
BEY.AZ xəbər verir ki, Bostona yollanan və komandanın bazasına səfəri edən idmançı hisslərini bölüşüb.
“Dəlilik kimi bir şeydir. Ümumiyyətlə, Boston səfər etməyi ən çox sevdiyim yerlərdən biridir. Bura hər dəfə gələndə özüm üçün yeni nəsə kəşf edirdim. Buradakı omarların möhtəşəm olduğunu eşitmişəm, mütləq dadına baxmalıyam. Burada olduğum üçün sadəcə xoşbəxtəm”, deyə basketbolçu bildirib.
Ötən mövsüm Robinson “Niks”in heyətində NBA çempionu olub. O, “Celtics”lə üçillik, ümumi dəyəri 47,4 milyon dollar olan müqavilə imzalayıb.
