EvXəbərlər5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi

5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi

Published on

spot_img

Polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib.
Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib.

Latest articles

More like this