ABŞ-ın Virciniya Dövlət Universitetində yataqxanaların qarşısında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.
BEY.AZ “ABC News”a istinadla xəbər verir ki, yaralılardan birinin vəziyyəti ağırdır. Xəsarət alan şəxslərin hamısı yerli xəstəxanalara yerləşdirilib.
Universitetdən bildirilib ki, kampusa xeyli sayda hüquq-mühafizə orqanının əməkdaşı gəlib, istintaq davam edir.
Atışma ilə bağlı hələ ki, həbs olunan yoxdur.
