Yunan-Roma güləşi üzrə keçmiş dünya çempionu, 15 avqustda Moskvada rusiyalı Əlixan Vahayevə qarşı ACA titulu uğrunda döyüşməyə hazırlaşan İranlı ağır çəkili Əmir Əliəkbəri bildirib ki, ABŞ onun Rusiyadakı çıxışına görə vizasını ləğv edib.
BEY.AZ xəbər verir ki, ACA mətbuat xidməti Əliəkbərinin sözlərini sitat gətirib:
“Mənə UFC və ya PFL lazım deyil. Döyüş karyeramı ACA da bitirmək istəyirəm, çünki bu təşkilatı çox sevirəm. Amerika vizam olsa da, Rusiyadakı döyüşdən sonra ləğv edildi, amma bu, mənim üçün fərq etməz. İranda heç bir problemim olmadı, amma digər ölkələrdə müəyyən məhdudiyyətlərlə üzləşdim”.
