EvXəbərlərABŞ Ermənistana verdiyi vədləri yerinə yetirməyib

ABŞ Ermənistana verdiyi vədləri yerinə yetirməyib

Published on

spot_img

ABŞ Ermənistanla münasibətlərdə özünü bərabərhüquqlu tərəfdaş kimi aparmır.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
Zaxarova bildirib ki, mayın sonunda Ermənistan və ABŞ hərtərəfli strateji tərəfdaşlıq haqqında nizamnamə də daxil olmaqla bir sıra sənədlər imzalayıblar. Onun sözlərinə görə, həmin sənədlərin heç biri beynəlxalq müqavilə statusuna malik deyil və tərəflər üçün konkret öhdəliklər yaratmır.
“Bərabərhüquqlu tərəfdaşla belə davranırlar? Əlbəttə ki, yox”, – deyə diplomat vurğulayıb.
Onun sözlərinə görə, həqiqi tərəfdaşlıq təkcə bəyanatlar, vədlər və siyasi açıqlamalarla məhdudlaşmır. Zaxarova qeyd edib ki, Vaşinqton daha əvvəl də Ermənistanla strateji tərəfdaşlığa dair sənədlər imzalasa da, verilən vədlərin əksəriyyəti yerinə yetirilməyib.

Rusiya XİN rəsmisi bunun ABŞ-ın İrəvana münasibətində bərabərhüquqlu əməkdaşlıqdan daha çox siyasi bəyanatlara üstünlük verdiyini göstərdiyini bildirib.
Adəm

Latest articles

More like this