ABŞ ordusuna məxsus “MH-60S Seahawk” tipli hərbi helikopter Ərəb dənizində məcburi eniş edib.
BEY.AZ xəbər verir ki, helikopterin göyərtəsində olan bir hərbçi itkin düşüb, üç hərbçi isə xəsarət alıb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının yaydığı bəyanatda bildirilib ki, yaralıların vəziyyəti stabildir.
Məlumata görə, helikopter bölgədə yerləşdirilmiş “George H.W. Bush” təyyarədaşıyan gəmisinin tərkibində xidmət göstərirdi.
Hərbi dəniz qüvvələri itkin düşmüş ekipaj üzvünün axtarışını davam etdirir. Hadisənin başvermə səbəbləri araşdırılır.
İlkin məlumata əsasən, insidentin düşmən fəaliyyəti nəticəsində baş verdiyini göstərən heç bir əlamət yoxdur.
