EvXəbərlərABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər

ABŞ hərbçiləri Ərəb dənizində şübhəli bilinən gəmiyə belə endilər

Published on

spot_img

ABŞ dəniz piyadaları bu gün Ərəb dənizində İranın dəniz blokadasını pozmaqda şübhəli bilinən kommersiya gəmisinə eniblər. Lakin heç bir sübut tapılmadığı üçün gəminin yoluna davam etməsinə icazə verilib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, “M/V Blue Star III” gəmisində hərtərəfli axtarışı ABŞ dəniz piyadalarının 31-ci ekspedisiya dəstəsinin hərbi qulluqçuları aparıblar. Onlar müəyyən ediblər ki, gəminin hərəkət marşrutu İran limanlarına daxil olmağı və müvafiq olaraq dəniz blokadasının pozulmasını nəzərdə tutmur.
CENTCOM bildirib ki, bu qənaətə gəldikdən sonra gəmi sərbəst buraxılıb.
Bu yoxlama ilə birlikdə ABŞ dəniz piyadalarının müxtəlif gəmilərə bu cür çıxışlarının sayı 39-a çatıb. Blokada aprelin 13-də, Pakistanın İslamabad şəhərində İran və ABŞ arasındakı danışıqların növbəti raundunun uğursuzluqla nəticələnməsindən sonra qüvvəyə minib.

CENTCOM komandanı admiral Bred Kuper xəbərdarlıq edib ki, yoxlamalar İran limanlarına və ya bu ölkənin sahil zonalarına daxil olan və oradan çıxan bütün dəniz gəmilərinə şamil ediləcək. Onun sözlərinə görə, blokada “İranla dəniz ticarətini tamamilə dayandırıb”.
Your browser doesn’t support video.
Please download the file: video/mp4
Hüseyn İbadlı

Latest articles

More like this