ABŞ rəhbərliyi İrana qarşı həyata keçirilən əməliyyata 95 milyard dollardan çox vəsait xərcləyib.
BEY.AZ xəbər verir ki, bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.
Bildirilib ki, Yaxın Şərqdə müharibənin aktiv fazası təxminən 1,5 ay davam edib. Hesabata əsasən, Vaşinqtonun ümumi xərcləri artıq 95,2 milyard dollara çatıb və yaxın vaxtlarda bu rəqəmin 100 milyard dolları keçəcəyi gözlənilir.
Məlumata görə, qeyd olunan məbləğə bütün hərbi xərclər daxildir. ABŞ rəsmiləri isə hələlik bu rəqəmləri rəsmi şəkildə təsdiqləməyiblər.
Buna baxmayaraq, Vaşinqton Tehranla sülh sazişi imzalanmayacağı təqdirdə müharibəni davam etdirmək niyyətində olduğunu bildirib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens açıqlamasında deyib ki, Amerika və İran rəsmiləri arasında danışıqlar davam edir. Onun sözlərinə görə, tərəflər razılaşmanın əldə olunmasına “çox yaxındırlar”.
Vens əlavə edib ki, hazırda əsas müzakirələr sülh sazişinin bəzi maddələrinin formulə olunması ilə bağlıdır.
Adəm
