EvXəbərlərABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur

ABŞ-ın səsdən sürətli təyyarəsi İran sərhədində dövrə vurur

Published on

spot_img

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus səsdən sürətli təyyarə İran sərhədləri yaxınlığında, Oman körfəzinin neytral suları üzərində dövrə vurur.
BEY.AZ xəbər verir ki, bu barədə Yaxın Şərqdəki aviadispetçer xidmətlərindəki mənbə TASS-a məlumat verib.
Söhbətin ABŞ Hərbi Hava Qüvvələrinin sərəncamında olan “Northrop T-38C Talon” təyyarəsindən getdiyi bildirilir.
Mənbənin sözlərinə görə, təyyarə bölgədəki hərbi bazalardan birindən havaya qalxıb və hazırda Oman körfəzinin neytral suları üzərində təxminən 7,5 kilometr yüksəklikdə dairəvi trayektoriya ilə uçur.
Qeyd olunur ki, “T-38C Talon” reaktiv aviasiya pilotlarının hazırlanması üçün nəzərdə tutulub. Təyyarə neytral sular üzərində hərəkət etsə də, sərnişin və mülki aviasiyanın istifadə etdiyi hava dəhlizlərini də əhatə edən marşrut üzrə uçur.

Onunla eyni trayektoriyada, lakin təxminən 3 kilometr aşağıda ABŞ-a məxsus “Boeing KC-46A Pegasus” hərbi nəqliyyat və yanacaqdaşıyan təyyarəsi də uçur.

Xatırladaq ki, iyunda da İranın hava sərhədinə yaxın, Fars körfəzinin neytral sularındakı eyni sektorda ABŞ-ın “KC-46A Pegasus” təyyarəsinin uçuşları bir neçə gün ardıcıl qeydə alınmışdı.
Müəllif: Adəm

Latest articles

More like this