ABŞ Prezidenti Donald Tramp danışıqlar qrupunun Pakistana səfərini ləğv etdikdən sonra İran nümayəndələri ilə təmasları telefon vasitəsilə qurmağa üstünlük verdiyini bəyan edib.
Publika.az xəbər verir ki, dövlət başçısı “işlərimizi telefonla həll edəcəyik” deyərək, İslam Respublikası rəsmilərinin istədikləri vaxt amerikalılara zəng edə biləcəyini vurğulayıb.
Ağ Ev rəhbəri amerikalı vasitəçilərin uzun yola vaxt itirmək istəmədiklərini bildirərək, “heç nə haqqında danışmaq üçün” 18 saatlıq uçuşlar etməyəcəklərini qeyd edib.
Aprelin 24-də İranın xarici işlər naziri Abbas Araqçı vasitəçi qismində çıxış edən İslamabada gələrək İrana qarşı təcavüzün dayandırılması şərtlərini müzakirə etsə də, aprelin 25-nə planlaşdırılan Stiv Uitkoff və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ nümayəndə heyətinin səfəri baş tutmayıb.
Hüseyn İbadlı

