ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Binyamin Netanyahuya və Livan Prezidenti Cozef Auna atəşkəslə bağlı yeni təşəbbüs təklif edib.
BEY.AZ xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinala “X” sosial şəbəkəsində məlumat yayıb.
Təklifə əsasən, danışıqların irəliləməsi üçün ilk addım kimi “Hizbullah” İsrailə bütün hücumlarını dayandırmalı, İsrail isə qarşılığında Beyrutda münaqişəni genişləndirməkdən çəkinməlidir. Ravidin mənbəsi bildirib ki, Livan lideri bu təşəbbüsü dəstəkləməyə çalışsa da, Livan parlamentinin sədri Nəbih Berrinin cavabı qeyri-müəyyən və məyusedici olub.
Xatırladaq ki, mayın 31-də İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun Livanda Litani çayından şimalda yerləşən və strateji əhəmiyyətə malik Bofor səlibçi qalasının nəzarətə götürüldüyünü elan edib. Bundan əvvəl Baş nazir Binyamin Netanyahu İsrail ordusunun Livandakı əməliyyatlarını genişləndirdiyini və strateji əraziləri nəzarətə götürdüyünü bildirmişdi. İsrail qüvvələri daha əvvəl Beyrutda “Hizbullah”ın xüsusi təyinatlı qüvvələrinin komandirinə də hücum etmişdi.
Hüseyn İbadlı
