ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının dünya bazarlarına genişmiqyaslı tədarükü barədə razılıq əldə olunduğunu açıqlayıb.
BEY.AZ xəbər verir ki, Tramp “Truth Social” hesabında Rusiyanın dərhal 300 min tondan çox, noyabrda 500 min ton, daha sonra isə əlavə 1 milyon ton dizel yanacağı tədarük edəcəyini bildirib. O, qısa müddətdə daha 3 milyon ton yanacağın göndərilməsinin də mümkün olduğunu qeyd edib.
Tramp bu tədarüklərin və ABŞ-ın Hörmüz boğazı üzərində nəzarəti ələ keçirməsinin yanacağın qiymətlərini aşağı salacağını bildirib.
Bununla yanaşı, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünə icazə verən müvəqqəti ümumi lisenziya təqdim edib. Sənədə əsasən, tədarüklər 2027-ci il aprelin 7-dək sanksiyalardan azad edilib.
