ABŞ-;n Azərbaycandakı Səfirliyinin kollektivi 11 sentyabr 2001-ci il terror hücumları və onların nəticələri zamanı həyatını itirən 3 minə yaxın insanın xatirəsini yad etmək üçün bir araya gəlib.
BEY.AZ xəbər verir ki, bu barədə ABŞ-;n diplomatik nümayəndəliyinin “X”dəki paylaşımında qeyd olunub.
Hücumlardan sonra Azərbaycan da daxil olmaqla, dünyanın bir çox ölkəsinin ABŞ-a nümayiş etdirdiyi həmrəylik xatırladılıb.
“ABŞ və Azərbaycan hərbçiləri Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində çiyin-çiyinə xidmət ediblər. Qlobal terrorizmə qarşı birgə mübarizəmizə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq”, – paylaşımda vurğulanıb.
