EvXəbərlərABŞ siyasi sığınacaq verməyəcək - Sadə həll yolu tapıldı

ABŞ siyasi sığınacaq verməyəcək – Sadə həll yolu tapıldı

Published on

spot_img

ABŞ bundan sonra ölkədən siyasi sığınacaq istəyən əcnəbi vətəndaşları qəbul etməyəcək.
BEY.AZ xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller bəyan edib, “TASS” məlumat verir.
“Biz belə bir razılığa gəlmişik ki, əgər siz sığınacaq üçün müraciət edirsinizsə, biz dünyada sizi qəbul edəcək başqa bir ölkə tapacağıq”, – deyə o bildirib.
Miller bunu həmçinin “sadə, zərif və tam” bir həll yolu adlandırıb.

Məmur vurğulayıb ki, ABŞ-ın Meksika ilə sərhədinə nəzarət gücləndirilməlidir və əlavə edib ki, Birləşmiş Ştatların cənub-qərb sərhədində sığınacaq verilməsi ilə bağlı müraciətlərin çoxu saxtadır.

Hüseyn İbadlı

Latest articles

More like this