ABŞ və İran 17 avqustda başa çatacaq 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib.
BEY.AZ xəbər verir ki, Pakistan hökuməti mənbələri tərəflərin atəşkəsin müddətinin uzadılmasına razı olduğunu bildirib.
Uzadılmanın dəqiq müddəti ilə bağlı danışıqların isə davam etdiyi qeyd olunur.
Qeyd edək ki, atəşkəs Pakistanın vasitəçiliyi ilə əldə olunan İslamabad Memorandumu çərçivəsində qüvvəyə minib.
