EvXəbərlərADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama

Published on

spot_img

Azərbaycan Dəmir Yolları QSC Bakı-Tiflis-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının xidmətinin bərpası ilə bağlı məlumat yayıb.
ADY-dən Publika.az-a verilən məlumata görə, sərnişin qatarlarının fəaliyyəti 26 may 2026-cı il tarixindən bərpa olunacaq.
“Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış Birgə Kommunikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq”. – məlumatda qeyd olunur.

Qeyd edək ki, Bakı–Tiflis–Bakı sərnişin qatarının fəaliyyəti 2020-ci ilin mart ayında COVID-19 pandemiyası və xüsusi karantin rejimi ilə əlaqədar dayandırılıb.

Latest articles

More like this