EvXəbərlərAFFA "Qarabağ"ı 8 min manat cərimələdi

AFFA “Qarabağ”ı 8 min manat cərimələdi

Published on

spot_img

AFFA İntizam Komitəsinin iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turundan təxirə salınmış “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı qərarlar qəbul edilib.
“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
“Qarabağ”ın azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Qarabağ” 8000 manat cərimə edilib.

Müəllif: Heybət

Latest articles

More like this