EvXəbərlərAğcaqanadlar ən çox onları SANCIR

Ağcaqanadlar ən çox onları SANCIR

Published on

spot_img

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.
Publika.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlara daha çox “meylli” olurlar. Araşdırmalara əsasən, qan qrupu 0 olan şəxslər digər qruplarla müqayisədə daha çox risk altındadır.
Bundan əlavə, bədən temperaturu yüksək olan, daha çox tərləyən və fiziki aktivliyi yüksək olan insanlar ağcaqanadları daha çox cəlb edir. Çünki bu zaman orqanizmdən ayrılan karbon qazı və digər qoxular həşəratları özünə çəkir.
Həmçinin hamilə qadınlar və spirtli içki qəbul edən şəxslər də ağcaqanadların daha çox diqqətini çəkən qruplar arasında göstərilir.

Mütəxəssislər bildirir ki, tünd rəngli geyimlər də ağcaqanadları cəlb edə bilər. Bu səbəbdən açıq rəngli geyimlərə üstünlük vermək tövsiyə olunur.

Qeyd edək ki, ağcaqanad sancmalarından qorunmaq üçün xüsusi spreylərdən istifadə etmək, açıq havada uzun müddət qalmamaq və gigiyenaya diqqət yetirmək vacib sayılır. (Milli.Az)

Latest articles

More like this