EvXəbərlərAİ Ukraynaya 6,1 milyard avro ayırdı

Aİ Ukraynaya 6,1 milyard avro ayırdı

Published on

spot_img

Avropa Komissiyası Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri, raketlər, sursat və radarların alınması üçün 6,1 milyard avro ayrılmasını təsdiqləyib.
BEY.AZ xəbər verir ki, bu barədə avqustun 24-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen qurumun saytında yayımlanan bəyanatında məlumat verib.
Vəsaitin böyük hissəsinin Avropa İttifaqı ölkələrinin müdafiə sənayesi müəssisələri ilə müqavilələrə yönəldiləcəyi bildirilir. Brüssel həmçinin Avropa ölkələrinin ehtiyatlarından Ukraynaya silah tədarükünün artırılmasını, kommersiya sifarişlərinin yenidən nəzərdən keçirilməsini və silah istehsalının sürətləndirilməsini tələb edir.
Bu maliyyələşdirmə Aİ-nin 2026-2027-ci illər üçün Ukraynaya daha genişmiqyaslı dəstək proqramı çərçivəsində həyata keçirilir. Proqram ümumilikdə 30 milyard avro büdcə yardımı və 60 milyard avro hərbi xərclər nəzərdə tutur. 2026-cı ildə Ukraynanın müdafiə sənayesi kompleksinin gücləndirilməsinə 28,3 milyard avro ayrılması planlaşdırılır.
Avropa Komissiyasının nümayəndəsi Balaş Uyvari daha əvvəl bildirmişdi ki, 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramı çərçivəsində Ukrayna Aİ-dən əsasən zərbə silahları – pilotsuz uçuş aparatları, raketlər və qırıcı təyyarələr istəyir. Onun sözlərinə görə, müdafiə məqsədləri üçün artıq 8,5 milyard avro ayrılıb.

Müəllif: Adəm

Latest articles

More like this