EvXəbərlərAktrisa işlədiyi şirkəti məhkəməyə verdi: 14 yaşımda dəfələrlə zorlandım

Aktrisa işlədiyi şirkəti məhkəməyə verdi: 14 yaşımda dəfələrlə zorlandım

Published on

spot_img

“Amanda Şou” və “Bernie Mac Şou” kimi məşhur yeniyetmə layihələrində epizodik rollarla tanınan aktrisa Rakuell Li Bollo “Walt Disney Company”ni məhkəməyə verib.
BEY.AZ xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Aktrisanın iddiasına görə, o, yeniyetmə yaşlarında şirkətin əməkdaşlarından biri tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Adı açıqlanmayan həmin şəxsin Rakuellə spirtli içki verdiyi, onu manipulyasiya etdiyi və karyerasını itirməklə hədələdiyi bildirilir.
Bollonun şikayət etdikdə isə heç kimin müdaxilə etmədiyini iddia edib.
O zaman cəmi 14 yaşında olan Rakuellin özü isə uyğun olmayan davranışda ittiham edilib və müqaviləsinin ləğvi ilə hədələnib. Şirkət daxilində onun “nəzarətdən çıxdığı” qənaətinə gəlindikdən sonra aktrisanın bir neçə perspektivli layihədən və roldan uzaqlaşdırıldığı bildirilir.

“Walt Disney Company” ittihamlarla bağlı hələlik açıqlama verməyib.
Adəm

Latest articles

Azərbaycan dili və ədəbiyyat üzrə hazırlıq: İsrafil Qayıbovla uğura aparan yol

İmtahan nəticəsi yalnız çox çalışmaqla deyil, düzgün istiqamətdə və sistemli hazırlaşmaqla formalaşır. Azərbaycan dili...

More like this

Azərbaycan dili və ədəbiyyat üzrə hazırlıq: İsrafil Qayıbovla uğura aparan yol

İmtahan nəticəsi yalnız çox çalışmaqla deyil, düzgün istiqamətdə və sistemli hazırlaşmaqla formalaşır. Azərbaycan dili...