EvXəbərlərAmerikalı döyüşçü məğlub olduğu taciki aşağıladı: Zibildir

Amerikalı döyüşçü məğlub olduğu taciki aşağıladı: Zibildir

Published on

spot_img

Amerikalı UFC döyüşçüsü Mayk Deyvis Tacikistandan olan rəqibini tənqid edib.
BEY.AZ xəbər verir ki, Abu Dabidə keçirilən turnirdə Devis Nurullo Əliyevə hakimlərin qərarı ilə məğlub olub.
“UFC-nin darıxdırıcı güləşçiləri ixtisar etdiyini düşünürdüm. Nə baş verir? Hətta qələbə seriyalarına görə belə güləşçiləri ixtisar edirsiniz. Bu, sərbəst güləş deyil. Döyüşmək istəyirdim, özümü əla hiss edirdim. Ondan qurtulun ki, UFC artıq belə bir rüsvayçılıqla üzləşməsin.

O, dişlərini mənim kürəyimə soxur və özünü döyüşçü adlandırır. Mənə zərər vermədi. Mən uduzdum, amma o, karyeramın ən pis döyüşçüsü idi. Bu oğlan tamamilə zibildir”, – deyə Devis sosial mediada yazıb.

Latest articles

More like this