EvXəbərlərAna bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi

Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi

Published on

spot_img

Yevlaxda bir yaşlı oğlunun sağlamlığına xüsusi amansızlıqla, ağır iztirablar verməklə qəsdən ağır zərər vurması və ehtiyatsızlıqdan uşağın ölümünə səbəb olması ilə bağlı təqsirləndirilən İlhamə Camal qızının məhkəmə prosesi başa çatıb.
BEY.AZ Xitab24.az-a istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm oxunub.
Hökmə əsasən, 1991-ci il təvəllüdlü ana 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, İlhamə azyaşlı oğlunun ağlamasından əsəbiləşərək onun bədəninin müxtəlif nahiyələrinə əli ilə qəsdən zərbələr endirib. Uşağın bundan sonra da ağladığını görən qadın oğlu Məhəmmədi əlləri ilə yuxarı qaldıraraq hündürlükdən taxta döşəməyə çırpıb.
Məhəmməd çatdırıldığı Yevlax Şəhər Xəstəxanasında beş gün sonra həyatını itirib.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O, əvvəllər dörd dəfə rəsmi nikah bağlamadan ailə həyatı qurduğunu və bu münasibətlərdən altı uşağının dünyaya gəldiyini bildirib. İlhamə məqsədinin övladını öldürmək deyil, ağladığı üçün onu cəzalandırmaq olduğunu deyib.
İlhamə həmçinin bildirib ki, uşaqlarını dünyaya gətirdikdən az sonra onların qayğısına qalmaq üçün atalarının uzaq qohumlarına verib. Hazırda övladlarının harada olduqları barədə məlumatının olmadığını deyən qadın uşaqlarının adlarını da xatırlamadığını qeyd edib.

Latest articles

More like this