EvXəbərlərAnada türkürpədən cəza üsulu - Altı yaşlı qızını məcbur edib ki...

Anada türkürpədən cəza üsulu – Altı yaşlı qızını məcbur edib ki…

Published on

spot_img

Niderlandda altı yaşlı qız uşağı anası və onun rəfiqəsi tərəfindən uzun müddət davam edən amansız rəftardan sonra xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.
Bildirilib ki, işgəncə hadisəsində iki qadın: qurbanın anası və özünün də övladı olan rəfiqəsi günahlandırılır.
İfadələrə əsasən, onlar uşağı qidadan məhrum edib, öz qusuntusunu yeməyə məcbur edib, saçlarını zorla qırxıb və cəza otağı kimi istifadə edilən zirzəmidə kabel bağlayıcıları ilə bağlayaraq müxtəlif alçaldıcı hərəkətlərə məruz qoyublar.
Ana iddia edib ki, rəfiqəsi onun bank hesabına nəzarət edərək onu bu zorakılıq üsullarına öyrədib və öz qızına xəsarət yetirməyə məcbur edib.

Tibbi müayinələr zamanı qızın bədəninin hədsiz dərəcədə zəiflədiyi müəyyən olunub. Hazırda pasiyent süni tənəffüs aparatına qoşularaq süni koma vəziyyətinə salınıb.
Hakimin qərarı ilə rəfiqənin yeddi yaşlı oğlu da zorakılığa məruz qaldığı və təhlükə altında olduğu üçün evdən götürülüb. Hadisə ilə bağlı araşdırmalar davam edir.
Hüseyn İbadlı

Latest articles

More like this