EvXəbərlərAnri ona belə dəstək oldu

Anri ona belə dəstək oldu

Published on

spot_img

“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri Çempionlar Liqasının finalında PSJ ilə oyunda (1-1, penaltilər seriyasında 4-3) penaltini dəqiq yerinə yetirə bilməyən “Arsenal”ın müdafiəçisi Qabriel Maqalyanesi dəstəkləyib.
BEY.AZ xəbər verir ki, braziliyalı oyunçu hesab 4-3 olanda beşinci zərbəni yerinə vurub və dəqiq olmayıb.
“Arsenal”ın yarımmüdafiəçisi Ebereçi Eze də zərbəni dəqiq yerinə yetirə bilməyib.

“Mən həmişə deyirəm ki, əgər könüllü olaraq penalti vurmağı seçirsənsə, sənə hörmət edəcəyəm. Bilmirəm ki, Qabriel niyə penalti vurdu, bilmirəm niyə beşinci oldu, amma penalti vurmağı seçdi. Qabriel əla mövsüm keçirdi və bu matçda oynadı. O, yayındı, amma təslim olmadı”, – deyə Anri “CBS Sports”a bildirib.

Latest articles

More like this