EvXəbərlərAparıcıdan qalmaqallı açıqlama: "Şəhər belə qadınlarla doludur"

Aparıcıdan qalmaqallı açıqlama: “Şəhər belə qadınlarla doludur”

Published on

spot_img

Aparıcı Şəbnəm Naibli qadın-kişi münasibətlərindəki yanaşmaların dəyişdiyini bildirib.
BEY.AZ xəbər verir ki, o, əvvəlki dövrlərlə müqayisədə bu gün qadınların kişilərlə tanış olmağa daha çox təşəbbüs göstərdiyini bildirib.
Ş.Naiblinin sözlərinə görə, bu sırada evli qadınlar da az deyil:
“Əvvəllər oğlanlar qızlarla tanış olmaq üçün onların arxasınca düşürdülər. Bu gün isə qızlar daha çox oğlanlarla tanış olmağa meyillidirlər, küçələr belə hallarla doludur. Bilirsiniz, bunlar daha çox kimlərdir? Evli qadınlar. Öz ərinə dözə bilməyənlər gedib başqasının ərinin nazını çəkirlər. Bu, mənim açıq bəyanatımdır.

Bu gün şəhərdə elə qızlar var ki, 4-5 nəfər bir masada oturur, yanlarında bir oğlanla əyləşən kimi yan masadan ona elə baxırlar ki, sanki gözləri ilə yeyirlər. Şəhərdə bəzi kafelərə baxsanız, bunu açıq şəkildə görə bilərsiniz. Qızların əksəriyyəti şəhərə çıxır ki, loru dillə desək, özünə oğlan tutsun.(“Yeni Sabah”)

Latest articles

More like this