EvXəbərlər"Arsenal" 22 il sonra İngiltərə çempionu oldu

“Arsenal” 22 il sonra İngiltərə çempionu oldu

Published on

spot_img

Londonun “Arsenal” komandası 2003/04-cü illər mövsümündən sonra ilk dəfə İngiltərənın futbol çempionatının qalibi olub.
Publika.az xəbər verir ki, bu barədə XXXVII turun son oyununda “Bornmut” və “Mançester Siti” arasında 1:1 hesablı heç-heçədən sonra məlum olub.
“Arsenal” 82 xal qazanaraq, turnir cədvəlində birinci yeri tutub. “Mançester Siti” 78 xalla ikinci yerdədir. Hər iki komandanın turnirin bitməsinə bir oyunu qalıb.

“Arsenal” 2003/04-cü illər mövsümündə məğlubiyyətsiz oynayıb. London komandası İngiltərə çempionatını 14-cü dəfə qazanıb və “Mançester Yunayted” və “Liverpul”dan sonra ikinci yerdədir. Klubların hər birinin 20 titulu var.

Latest articles

More like this