EvXəbərlərAvroliqanın qalibi bəlli oldu

Avroliqanın qalibi bəlli oldu

Published on

spot_img

Afinada basketbol üzrə Avroliqanın final oyunu keçirilib.
Publika.az xəbər verir ki, həlledici qarşılaşmada Yunanıstanın “Olimpiakos” klubu İspaniya “Real”ı ilə üz-üzə gəlib və 92:85 hesablı qələbə qazanıb.
“Olimpiakos” tarixində 4-cü dəfə Avroliqanın qalibi adını qazanıb. Pirey təmsilçisi daha əvvəl 1997, 2012 və 2013-cü illərdə də turnirin kubokunu başı üzərinə qaldırmışdı.
11 dəfə çempion olan “Real” isə Avroliqa tarixinin ən titullu klubu olaraq qalır. Bununla yanaşı, Madrid təmsilçisi turnirin finalında ən çox məğlub olan komandadır – 11 dəfə.

Publika.az

Latest articles

More like this