EvXəbərlərAvropada yanacaq kəskin bahalaşdı

Avropada yanacaq kəskin bahalaşdı

Published on

spot_img

Avqust ayında Avropa İttifaqında avtomobil yanacağı və şəxsi nəqliyyat üçün yağlar illik ifadədə 23,8 faiz bahalaşıb.
BEY.AZ xəbər verir ki, bu barədə “Eurostat” məlumat yayıb.
Mart ayında qiymətlər 12,9 faiz, apreldə 20,8 faiz, mayda 20,7 faiz, iyunqda 13,7 faiz, iyulda isə 16,9 faiz artıb. Öz növbəsində, fevral ayına qədər yanacağın dəyəri əsasən aşağı düşürdü.
Avqust ayında Avropa İttifaqının 27 dövlətindən 18-də yanacaq qiymətlərinin artım templəri 20 faizi ötüb. Ən çox qiymət artımı Bolqarıstanda (+34,5%), Litvada (+28,8%), Finlandiyada (+27,6%), Almaniyada (+27,5%) və Fransada (+27,4%) qeydə alınıb. Macarıstanda qiymət artımı cəmi 1,3 faiz, İsveçdə isə 6,1 faiz təşkil edib. Aİ-də dizel yanacağı avqust ayında əvvəlki aya nisbətən 8,3 faiz, benzin isə 3,3 faiz bahalaşıb, iyul ayında isə onların artımı müvafiq olaraq aylıq ifadədə 4,3 faiz və 4,7 faiz təşkil edib.

Bundan əvvəl Avropa Komissiyasında bəyan etmişdilər ki, qarşıdakı qış yanacaq bazarındakı böhran səbəbindən Avropa İttifaqı üçün ən ağır dövr ola bilər. Bununla əlaqədar olaraq, Aİ-nin energetika və mənzil tikintisi üzrə komissarı Dan Yorgensen ABŞ Prezidenti Donald Trampın ünvanına dizel yanacağına embarqo qoymamaq çağırışı ilə müraciət edib. Vaşinqtonda belə bir tədbir qiymətlərin durmadan artması ilə əlaqədar müzakirə olunur. “Politico”nun məlumatına görө, ABŞ ixracı 90 gün müddətinə məhdudlaşdıra bilər.

Hüseyn İbadlı

Latest articles

More like this