EvXəbərlərAvropalı liderlər Kiyevə niyə getmədi?

Avropalı liderlər Kiyevə niyə getmədi?

Published on

spot_img

Avropalı liderlərin Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfərdən imtina etməsinin səbəbi ilə bağlı yeni iddia ortaya atılıb.
BEY.AZ xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel sosial şəbəkədəki paylaşımında diqqətləri Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Kiyevə niyə gəlməməsinə çəkib.
Mendel bildirib ki, daha əvvəl onların Ukraynanın Müstəqillik Günü tədbirlərində iştirak edəcəyi açıqlansa da, səfər baş tutmayıb. Onun fikrincə, bunun səbəblərindən biri keçmiş müdafiə naziri Mixail Fyodorovun ölkədə idarəçilik böhranı ilə bağlı son açıqlamaları ola bilər.
Keçmiş sözçünün iddiasına görə, avropalı liderlər həmçinin Ukraynadakı vəziyyətin pisləşməsi ilə əlaqələndirilmək istəməyiblər. O hesab edir ki, korrupsiya qalmaqalları və insan hüquqları ilə bağlı pozuntular Zelenskinin ətrafının Ukraynanın mövqelərinə ciddi zərbə vurmasına səbəb olub.
Qeyd edək ki, Mixail Fyodorov daha əvvəl Ukraynada idarəçilik böhranının yarandığını bildirərək seçkilərin keçirilməsini təklif edib. O, insanların qəbul edilən qərarların məntiqini anlamadan yaşamaqdan yorulduğunu deyib.

Müəllif: Adəm

Latest articles

Azərbaycan dili və ədəbiyyat üzrə hazırlıq: İsrafil Qayıbovla uğura aparan yol

İmtahan nəticəsi yalnız çox çalışmaqla deyil, düzgün istiqamətdə və sistemli hazırlaşmaqla formalaşır. Azərbaycan dili...

More like this