EvXəbərlərAy səthində parıldayan nədir?

Ay səthində parıldayan nədir?

Published on

spot_img

Gecə Ayın səthinə baxarkən bir anlıq parıldayan işıq görsəniz, bu, gözünüzün aldanması olmaya bilər.
BEY.AZ xəbər verir ki, bu barədə “Astronomiya” səhifəsi paylaşım edib.
Bildirilib ki, Ayda atmosfer və güclü qoruyucu hava qatı olmadığı üçün kiçik meteoroidlər birbaşa səthə çırpıla bilir. Zərbə zamanı yaranan çox isti ərimiş və buxarlanmış material qısa müddət ərzində parlaq işıq saçır.
Bu hadisəyə lunar impact flash – Ay zərbə parıltısı deyilir. Ən maraqlısı budur ki, belə parıltılar bəzən bir göz qırpımından da qısa müddət davam edir.

Teleskopla müşahidə edən astronomlar həmin anı qeydə alaraq, Ayın hansı bölgəsinə və təxminən nə böyüklükdə cismin çırpıldığını araşdıra bilirlər.

Latest articles

More like this