EvXəbərlərAydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı AÇIQLAMA: Milli ənənələr nəzərə alınıb

Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı AÇIQLAMA: Milli ənənələr nəzərə alınıb

Published on

spot_img

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində məktəbli geyim formaları ilə bağlı Nazirlər Kabinetinin qəbul etdiyi qərar ictimai müzakirələrə səbəb olub. Qərarda şagirdlərin geyim formaları ilə yanaşı, təhsilverənlər üçün geyim tələbləri də müəyyənləşdirilib. Vahid məktəbli formasının tətbiqi təhsil mühitində ümumi qaydaların qorunması və şagirdlər arasında bərabərliyin təmin edilməsi baxımından diqqət çəkir. Məsələ ətrafında müzakirələrdə geyim qaydalarının milli adət-ənənələrə uyğunluğu da ön plana çıxır.
BEY.AZ mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadənin fikirlərini öyrəndi.
O, vahid məktəbli geyimi ilə bağlı qərarı düzgün hesab etdiyini bildirdi. Deputatın sözlərinə görə, dünya təcrübəsində dövlət orta məktəblərində vahid geyim formasından uzun müddətdir istifadə olunur və bu təcrübə bu gün də davam edir.
A.Mirzəzadə qeyd etdi ki, vahid məktəbli forması şagirdlərin geyimləri arasındakı fərqlərə deyil, təhsilə diqqət yetirilməsinə və sosial bərabərliyin yaradılmasına xidmət edir. Onun fikrincə, Azərbaycanda qəbul edilən geyim forması həm beynəlxalq təcrübəni, həm də milli adət-ənənələri nəzərə alır.
Millət vəkili valideynlərin qərarı anlayışla qarşıladığını vurğuladı. O bildirdi ki, məktəbə tələsən şagirdləri gördükdə gələcək nəslin həm bərabərlik prinsipləri əsasında, həm də yüksək təhsil səviyyəsi ilə yetişdiyinin şahidi olacağıq.

Müəllif: Adəm

Latest articles

More like this