Futbol üzrə Azərbaycan 1-ci və 2-ci Liqasında 2026/2027-ci illər mövsümü üçün püşkatma mərasimlərinin vaxtları müəyyənləşib.
BEY.AZ xəbər verir ki, püşkatma tədbirləri Peşəkar Futbol Liqasının inzibati binasında keçiriləcək.
1-ci Liqanın püşkü avqustun 4-də, saat 15:00-da atılacaq.
2-ci Liqanın püşkatması isə avqustun 5-də, saat 15:00-da başlanacaq.
