EvXəbərlərAzərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb

Azərbaycan və Türkiyənin döyüş təyyarələri havaya qalxıb

Published on

spot_img
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Azərbaycanda keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunan “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

Bu barədə BEY.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də hava kəşfiyyatının aparılması və digər tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib.

Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycan #və #Türkiyənin #döyüş #təyyarələri #havaya #qalxıb

Latest articles

More like this