EvXəbərlərAzərbaycan millisi qələbə qazandı

Azərbaycan millisi qələbə qazandı

Published on

spot_img

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda İordaniya yığması ilə üz-üzə gəlib.

“Dalğa Arena”dakı qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb – 2:1.

45+1-ci dəqiqədə Emin Mahmudov penaltidən fərqlənərək hesabı açıb. 57-ci dəqiqədə rəqibin heyətində Nizar Əl Raşdan tarazlığı bərpa edib. 79-cu dəqiqədə Renat Dadaşov qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, Azərbaycan millisi üç gün əvvəl AVRO-2024-ün seçmə mərhələsində eyni arenada Belçikaya 0:1 hesabı ilə uduzub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycan #millisi #qələbə #qazandı

Latest articles

More like this