EvXəbərlərAzərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək

Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək

Published on

spot_img

2027-ci ildə 2 milyard 757,9 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat (təxminən 260 milyon ABŞ dolları) olacağı gözlənilir.
BEY.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Bundan başqa, sənədə əsasən, dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbətinin 2027-2030-cu illərdə orta hesabla 2,2 % təşkil edəcəyi proqnozlaşdırılır. 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 342 milyon manat, 3 milyard 554,1 milyon manat və 3 milyard 659,5 milyon manat məbləğində gözlənilir.
Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabı qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcək.

Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcək. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılması davam edəcək.

Latest articles

More like this