Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
BEY.AZ xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Bakıda Lixtenşteyn yığması ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirililən D Liqasının 2-ci qrupunun matçı qolsuz başa çatıb.
Azərbaycan millisi hazırda qrupda 2 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında 1 xalı olan Lixtenşteyn sonuncudur.
xxx
20:00
UEFA Millətlər Liqasının Azərbaycan – Lixtenşteyn oyunu başlayıb.
BEY.AZ xəbər verir ki, D Liqasının 2-ci qrupunun matçı Tofiq Bəhramkv adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakim avstriyalı Kristian-Petru Çokirkadır.
Xatırladaq ki, Azərbaycan millisi hazırda qrupda 1 xalla ikinci pillədə qərarlaşıb. Litva seçməsi 3 xalla liderdir. Hesabında xal olmayan Lixtenşteyn sonuncudur.
