EvXəbərlərAzərbaycan və Ermənistan ekspertləri bu dəfə Londonda görüşdülər

Azərbaycan və Ermənistan ekspertləri bu dəfə Londonda görüşdülər

Published on

spot_img

Ermənistan və Azərbaycan mütəxəssisləri Londonda sülh prosesindəki irəliləyişləri, mövcud imkanları və riskləri müzakirə ediblər.
Publika.az xəbər verir ki, vu barədə Erməni Şurası analitik mərkəzinin rəhbəri və Sülh Körpüsü təşəbbüsünün koordinatoru Areg Koçinyan məlumat verib.
O qeyd edib ki, onilliklər boyu davam edən münaqişədən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasındakı qarşılıqlı etimadla qurulur. Ermənistan-Azərbaycan sülh prosesində hazırda yeni bir fürsətin yarandığını bildirən Koçinyan, cəmiyyətlərin də bu prosesə cəlb olunmasının vacibliyini vurğulayıb. London görüşü çərçivəsində hər iki tərəfin ekspertləri sülh yolundakı cari vəziyyəti, perspektivləri və yarana biləcək təhlükələri nəzərdən keçiriblər.
Mütəxəssis əlavə edib ki, davamlı sülh yalnız dialoq, qarşılıqlı inam və uzunmüddətli əməkdaşlıq vasitəsilə formalaşa bilər.

Hüseyn İbadlı

Latest articles

More like this