Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 100,5 min ton asfalt istehsal edilib.
BEY.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8 % azdır.
Təkcə avqustda isə ölkədə 24 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 51 % çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı olmayıb.
2025-ci ildə Azərbaycanda 209 min ton asfalt istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 30,4 % çoxdur.
