Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun bacısı Elma Aveyro 41 yaşlı futbolçu ilə bağlı qalmaqaldan danışıb.
BEY.AZ xəbər verir ki, “Sic Noticias” Aveyronun sözlərini sitat gətirib:
“Mən kədərliyəm, çünki portuqaliyalılar təəssüf ki, artıq edilənləri unudurlar və indi hər şeyin fərqli olmalı olduğunu düşünürlər. Bunu görmək ağırdır.
Söz tapa bilmirəm, qardaşımın bütün bunları yaşadığını görmək mənim üçün çox çətindir. O, buna ən az layiq olanlardan biridir”.
Xatırladaq ki, hücumçu UEFA Millətlər Liqasında Norveçlə oyunda (2:1) meydana çıxmadığı üçün Portuqaliya millisini icazəsiz tərk etmişdi.
BEY.AZ
