Bakı Şakidə saxlanılan Azərbaycan əsgərinin ekstradisiyasını tələb etmir.
BEY.AZ xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə bildirib.
“Ekstradisiya məsələsi yoxdur, biz bunu ümumiyyətlə müzakirə etmirik. Azərbaycan heç bir tələb irəli sürmür. Cinayət işini Azərbaycan özü başlatdı. Bakı açdığı işi araşdırmaq istəyə bilər. Əgər əsgər Azərbaycana gedərsə, o, evə göndərilməyəcək, məhkum ediləcək”, – deyə Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, o, Azərbaycan əsgərinin ömürlük Ermənistanda qalacağını deyə bilməz.
Hökumət başçısı qeyd edib ki, hazırda istintaq aparılır və məhkəmənin keçirilməsi gözlənilir, daha sonra isə hökm çıxarılacaq.
Müəllif: Tural
