Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verib.
Bu barədə BEY.AZ-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Xəsarət alan olmayıb.
Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
