Bakıda Azərbaycan-İtaliya biznes-forumunun təşkili planlaşdırılır.
Publika.az xəbər verir ki, bunu İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni Prezident İlham Əliyev ilə mətbuata bəyanatlar zamanı deyib.
“Biz 2026-cı ilin ikinci yarısında burada, Bakıda biznes-forum təşkil etməyi planlaşdırmışıq ki, siyasi əməkdaşlığımızı müəssisələrimiz, işçilərimiz üçün konkret fürsətlərə çevirək”, – o bildirib.
C.Meloni qarşılıqlı sərmayə yatırımlarından da bəhs edib:
“Cənab Prezident, söhbətlərimizdə qeyd etdiyimiz kimi, təsdiqləyə bilərəm ki, strateji planların, inkişaf planlarının, 360 dərəcəlik müasirləşmədə nəinki ikitərəfli qaydada, o cümlədən üçüncü ölkələrdə birgə işin icrasında çox böyük marağı olan çoxsaylı İtaliya müəssisələri var. Çünki energetika əməkdaşlığımızın yeganə sahəsi deyil. Bir çox digər sahələr var”.

