Böyükşor-Pirşağı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BEY.AZ “Bakues.az”a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil iki hissəyə bölünüb.
Belə ki, nəqliyyat vasitəsinin hissələrindən biri hadisə yerindən təxminən 100 metr uzaqlığa düşüb.
Məlumata görə, qəza zamanı avtomobildə yanğın baş verib. Həmçinin zərbənin təsirindən yolkənarı dirəklərdən biri yerindən qopub.
Qəzanın başvermə səbəbi məlum deyil.
Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
