İyulun 10-da Bakının Sabunçu rayonunda internat məktəbinin həyətində bir nəfər bıçaqlanıb
BEY.AZ Teleqraf-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 293 saylı orta məktəbin həyətyanı sahəsində qeydə alınıb.
2004-cü il təvəllüdlü Hüseynov Şamil Amil oğlu tanışı ilə dava zamanı bıçaqlanıb.
Onun qollarına 4, döş qəfəsi nahiyyəsinə 1 bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Hazırda hadisəni törədən şəxsin axtarışı aparılır.
