EvXəbərlərBakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanıldı

Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanıldı

Published on

spot_img
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Metbuat.az-a bildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən külli miqdarda 102 qram narkotik vasitə heroin aşkar edilib.

Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

df86d702e3 2023 10 04 10 50 BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bakıda #məktəbin #yaxınlığında #narkotik #satan #şəxs #saxlanıldı

Latest articles

More like this