EvXəbərlərBakıda moped və motosiklet oğurlayanlar həbs olundu

Bakıda moped və motosiklet oğurlayanlar həbs olundu

Published on

spot_img

Bakının Sabunçu rayonunda yaşayış binalarından birinin qarşısından paytaxt sakininə məxsus 2700 manat dəyərində moped oğurlanıb.
BEY.AZ xəbər verir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İ.Hüseynzadə və R.Qurbanov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar zamanı onların oğurladıqları mopedi satdıqları məlum olub.
Keçirilən digər tədbirlərlə isə rayon ərazisində 900 manat dəyərində motosikleti oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş H.Baxşıyev və N.Süleymanzadə də saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Latest articles

More like this