Bakının bir sıra yollarında tıxac yaranıb.
BEY.AZ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
- Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
- 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
-
Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində;
-
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
- Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.
