Balakən rayonunun bəzi yaşayış məntəqələrində intensiv yağan yağışlar səbəbindən su dolmuş ərazilərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən fasiləsiz olaraq davam etdirilir.
Bu barədə BEY.AZ-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda işlər FHN-in Şimal-qərb Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən həyata keçirilir.
